Zərdab rayonunda seçki məntəqələrində aktivlik nümayiş olunur – FOTOLAR

7 fevral növbədənkənar Prezident seçkilərinə artıq start verilib.

Feso.az Qanunla.Az-a istinadən xəbər verir ki, Zərdab rayon ərazisində olan bütün seçki məntəqələrində aktivlik nümayiş olunur.

Zərdab seçiciləri səsvermə hüquqlarından istifadə edərək öz namizədlərinə səs verirlər.

Qeyd edək ki, prezident seçkilərində 7 namizəd mübarizə aparır:

– Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

– Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

– Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

– Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

– Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

– Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb.

Prezident seçkiləri ilə əlaqədar 23 mindən artıq Azərbaycan vətəndaşının səs verməsi üçün 37 ölkədəki səfirlik və konsulluqlarımızda 49 seçki məntəqəsi yaradılıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir