Milli Lider Heydər Əliyevin və dövlətin xalqa vədinə əməl edin

Əziz Qardaşlar və Bacılar!

Hamı bilməlidir kimin ailəsində Sovet dövlətinin xalqa məxsus əmlaklarından miras əmlak payı olaraq verilmiş özəlləşdirmə çekləri qalıbsa, qəti SATMAYIN! Bu gün istifadə olunmayan özəlləşdirmə paylarının 1 milyonu VƏTƏNDAŞLARDADIR.

HAKİMİYYƏTƏ MÜRACİƏT.

“Özəlləşdirmə Çekləri” Qrupu, ziyalılar, deputatlar, siyasətçilər və 6 nəfər prezidentliyə namizəd adından HAKİMİYYƏTDƏN Xahiş və Tələb!

Milli Lider Heydər Əliyevin və dövlətin XALQA VƏDİNƏ ƏMƏL EDİN!

Hörmətli Məmurlar,

Dövlətimizi və prezidenti sevirsizsə, oliqarx məmurlardan qorxmadan bu məlumatları Cənab İlham Əliyevə çatdırın. Prezidentin ətrafındakı oliqarx məmurlar İlham Əliyevə düzgün məlumatların çatdırılmasına mane olur.

KAPİTALİZMƏ dinc keçid üçün Milli Lider Heydər Əliyevin və DÖVLƏTİN Tarixi Ədalət və Sosial Ədalət Siyasəti, Qanunlar və Konstitusiya, Dövlətin Xalq qarşısında QANUNLA götürdüyü öhdəliklər pozulub. Bu günə qədər yüzminlərlə VƏTƏNDAŞIN Özəlləşdirmə Payının Qanunla inflyasiyadan qorunan 20 000$ Əmlak Ekvalenti dəyərində mülkiyyət hüququ KONSTİTUSİYAYA zidd olaraq MƏMURLAR tərəfindən TAM əllərindən alınıb.

ÖZƏLLƏŞDİRMƏ PAYI – ÇEKLƏRİ verilən zaman qüvvədə olan QANUNLARLA Dövlətin və Milli Lider Heydər Əliyevin XALQA verdiyi hüquqların və DÖVLƏT ÖHDƏLİKLƏRİNİN, Tarixi və Sosial Ədalət Siyasətinin pozulması barədə Prezidentə tam məlumatlar verilmir. 13 ildir Qanun və Konstitusiyanın pozulması ilə aparılan Ədalətsiz Özəlləşdirmə Vətəndaş və Məmurlar arasında CİDDİ gərginlik yaratmaqda davam edir. Tarixi Ədalətsizlik şəraitində aparılan mülkiyyət bölgüsü, Qanunla Xalqa məxsus mülkiyyətin Məmurlar tərəfindən PUL ilə özəlləşdirilməsi, bütün İnvestorlar və məmurlar üçün gələcəkdə böyük təhlükə, Vədandaş qarşıdurmasını və Vətəndaş MÜHARİBƏSİNİ QAÇILMAZ edən səbəb yaradır.

Siyasətçilər, Psixoloqlar, Sosioloqlar, Hüquqşünaslar, Tarixçilər və QURAN OXUYANLAR Mülkiyyət bölgüsü ilə bağlı haqsızlıqların, ədalətsizliyin ağır nəticələri barədə cox gözəl bilir. Konstitusiya və Beynəlxalq hüquqa ziddd olan bu Qanunsuzluq İnvestorların ölkəmizdə inamına, ölkəmizin Beynəlxaq Aləmdə olan Demokratik və Hüquqi Dövlət kimi nüfuzuna ciddi zərbədir. Ən əsası Tarixi və Sosial ədalətin pozulması gələcəkdə Dövlətçiliyimiz üçün ən böyük problem olan vətəndaş qarşıdurmasına səbəb olacaq əsaslar yaradır.

Xahiş edirik poblemin ciddiliyini nəzərə alaraq Haqqa, Ədalətə, XALQA dəstək olun. ÜMİD EDİRİK ki, bu müraciətdən sonra hakimiyyətdəki MƏMURLAR “Facebbok”da “Özəlləşdirmə Çekləri” qrupunda birləşmiş 40 000 Ailənin, Ziyalıların, Siyasətçilərin, Deputatların və 6 nəfər Prezidentliyə Namizədlərin Mətbuatda və TV kanallarında bu problem barədə dedikləri Faktların ciddiliyini nəzərə alaraq bu Qanunsuz əməlin Dövlətçiliyimizə, Xalqa, Milli Lider Heydər Əliyevin Tarixi Ədalət Siyasətinə qarşı CİNAYƏT olduğunu anlayaraq cənab İlham Əliyevə tam, düzgün məlumat çatdıracaqlar və Tezliklə Təcili Tədbirlər görüləcək.

ÇOX XAHİŞ EDİRİK DİQQƏT EDİN!

“Dövlət Özəlləşdirmə Payı” Respublikamızın qanunvericiliyində ilk dəfə 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənib. Həmin Qanunun 18-ci maddəsində “özəlləşdirmə payı” anlayışı verilərək deyilir:

  1. Özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir.
  2. Özəlləşdirmə payları respublikanın vətəndaşlarına özəlləşdirmədə iştirak etməyə ilkin bərabər imkan yaratmaq üçün verilir.

Bildiyiniz kimi, DÖÇ-lərinin tədavül müddəti əvvəl Qanun ilə təsdiq olunmuş I Dövlət Proqramı ilə 3 il müddətinə təyin olundu, daha sonra Fərman ilə təsdiq olunmuş II Dövlət Proqramı ilə 2011-ci ilin yanvarın 1-nə qədər uzadıldı. Göründüyü kimi, burada Qanunla qəbul edilmiş bir müddət sonradan Fərman ilə uzadıldı.

Bundan belə bir ƏSAS sual meydana gəlir ki, DÖÇ-lərinin ilk təyin olunan 3 illik müddət Fərman ilə uzadılmasaydı, nə baş verəcəkdi?

Fərz edək ki, DÖÇ-ləri ilk 3 ildən sonra tədavül müddəti bitdiyi üçün 1999-cü ildə tədavüldən çıxarılmalı idi. Burada sual olunur ki, müddəti uzadılmayıb tədavüldən çıxarılsaydı, bəs onda kompensasiya veriləcəkdimi?

Təbii ki, həmin Qanunvericiliyə görə, 3 illik müddət bitəndən sonra Qanunla qoyulmuş qaydaya əsasən ( Əvvəlki Özəlləşdirmə Qanunu Maddə 19 ) həmin DÖ Payları investisiya fonduna qoyulmalı, oradan vətəndaşlara divident verilməli və istifadə olunmalı idi. Lakin Dövlət pozitiv öhdəliyini icra edib İnvestisiya Fondu qurmadığı üçün ( bildiyiniz kimi heç Çek İnvestisiya Fondları da yaradılmadı ) Vətəndaşların hüquqları pozuldu.

Diqqət edin: Bunu da DÖÇ-lərinin tədavül müddətini Fərman ilə uzatmaq ilə ödəməyə çalışdılar ki, bu da öz növbəsindəki indi pozuntulara səbəb oldu. Bunlardan başqa 1993-cü il tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublıkasının Qanunu 18.4-cü maddəsinə görə, “Özəlləşdirmə payı respublikanın hər bir vətəndaşının adına müvafiq bankda açılmış xüsusi hesabda saxlanılır”. Fərz edək ki, həmin dövrdə (1999-da) bu normaya əməl olunaraq bu payların dəyəri hesablanıb Pul formasında banklara qoyuldu.

Sual olunur ki, əgər belə olsaydı həmin pulların aqibəti necə olacaqdı?

Bu sual və 1995-ci ildə Heydər Əliyevin Prezident Sarayındakı Xalqa VƏDDİ öz-özlüyündə bir daha Özəlləşdirmə Payına düşən mülkiyyət hüququnun Dövlət tərəfindən vətəndaşlara ömürlük əvəzsiz verildiyini təsdiq edir. Özəlləşdirmə Payları (Çekləri) Xalqa -Vətəndaşlara Miras Əmlak Payı kimi verilən zaman qüvvədə olan Qanunlara əsasən hər bir Vətəndaşa verilmiş Özəlləşdirmə Payı İnfilyasiyadan qorunan Əmlak Ekvalentinə bərabər EYNİ dəyərə malik idi və bu gün Qanunla dəyər ən azı 20 000$-dır.

Yadınızdadırsa, sberkassalarda Sovetdən qalan pullara kompensasiya barədə bizim Dövlətin Qanunla heç Dövlət öhdəliyi yox idi. Ancaq cənab Prezident İlham Əliyev alicənablıq edərək o pullara Dövlətdən kompensasiya verilməsi barədə göstəriş verdi. Bilirsiniz ki, DÖÇ-lərinin üzərində bütün qiymətli kağızların üzərində olduğu kimi Qanun gücünə malik olan müəyyən yazılar var və həmin yazıların-öhdəliklərin heç birinə əməl olunmayıb. Məhz DÖÇ-nin üzərində yazılır ki, “Bu Özəlləşdirmə Çeki Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin olunmuşdur”. DÖÇ-nin arxasında yazılır ki, “Dövlət Özəlləşdirmə Çeki – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”. Dolayısı bu yazılar belə həmin çekin vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənəd olduğunu göstərir. Hətta Qanunla DÖVLƏTİN ən kasıb vaxtında Tarixi Ədalət və Sosial Ədalət naminə Dövlət öhtəliyi olaraq Özəlləşdiriləcək bütün orta və iri Dövlət əmlaklarının 65%-i DÖÇ-i ilə aparılmalı idi və Qanunla investorlar özəlləşdirilmədə iştirak etmək üçün vətəndaşlarda olan DÖÇ-lərini alaraq iştirak edə bilərdi. Xarici investorlar isə ancaq opsion aldıqdan sonra DÖÇ-ləri ala bilərdi. Qanunla Dövlət orta və iri müəssisələrin ancaq ona məxsus olan 35%-ni PULLA sata bilərdi.

Milli Lider Heydər Əliyevin göstərişi ilə Dövlət Qiymətli Kağızı kimi 8 milyon Özəlləşdirmə Payını ( 32 milyon Çeki ) ancaq ÇAP ETDİRMƏK ücün 1995-ci ildə Dövlətin ən kasıb vaxtında 64 Milyon ABŞ Dolları ödənilmişdir.

Özəlləşdirmə Payı barədə BİLMƏYƏNLƏR Prezident Sarayı, 7 mart 1995-ci il Milli Lider HEYDƏR ƏLİYEVİN – ÇIXIŞINI OXUSUNLAR

Heydər Əliyevin YEKUN SÖZÜ – XALQA VƏDİ : …… Ona görə də mən görürəm ki, bu barədə fikir ayrılığı tamamilə təbiidir və qəti bir fikir də demək çətindir. Şəxsən mən bunu demək istəmirəm. Ancaq bir şey aydındır ki, özəlləşdirmə zamanı vətəndaşların payı olmalıdır, hər bir vətəndaş öz payını almalıdır, bu payından istədiyi kimi istifadə etməlidir. O, ya özəlləşdirilən müəssisənin bir hissəsinin sahibi olacaqdır, yaxud öz payını başqasına verəcək və ya satacaqdır. Bunlar hamısı gələcək proseslərdə olacaqdır. Amma vətəndaşın payı olmalıdır. Yəni bu özəlləşdirmə 10 il, 15 il, 20 il çəkəcəkdir. Belə olan surətdə əgər biz bu gün hesab ediriksə ki, dövlət əmlakı özəlləşdiriləcək və insanlar ondan bu payı alacaq, bəs bu payı nə vaxt alacaq? Belə çıxır ki,biri payını bu gün alacaq, biri bir ildən sonra, biri də 15 ildən sonra, 20 ildən sonra alacaq. Bəs bu, necə müəyyən olunacaq?

 Milli Lider HEYDƏR ƏLİYEVİN Siyasəti və imzaladığı Qanuna və Konstitusiyaya əsasən DÖÇ-ləri ya dövriyyəyə qaytarılmalıdır ya da hər PAYA düşən İnflyasiyadan qorunan əmlak ekvalentinin dəyəri hesablanıb KONPENSASİYA ödənilməlidir.

Hörmətli Məmurlar!

Konstitusiya və Mülki hüquq üzrə KM-nin Ekspertləri olan 10-dan cox hüquqşünas Alimlər tərəfindən Prezidenti nəzarətinizdə olan AAK-nın “QANUN” Jurnalında cap olunmuş 4 məqalədə 13 ildir DÖÇ-ləri verilən zaman qüvvədə olan QANUNVERİCİLİK aktlarına uyğun olmayaraq – kompensasiya verilmədən aparılan özəlləşdirmə Dövlətciliyimizə qarşı TƏXRİBAT, DÖVLƏT cinayəti və mütəşəkkil Korrupsiya Cinayəti olduğu təsdiq edilir.

Cənab Məmurlar!

Özəlləşdirmə Payları ilə bağlı bəzi Hüquqi Aktların Araşdırılması barədə Konstitusiya Məhkəməsinin Palatası bizim müraciətdən 8 ay sonra 19 Dekabr 2023-cü ildə bu Hüquqi poblemin araşdırılmasından İMTİNA Qərardadı çıxarıb. Konstitusiya Məhkəməsi Palatasının İMTİNA Qərarında olan Konstitusiya və Qanunlara ZİDD olaraq cinayətkarcasına yozması və ƏSASLANDIRMASI Özəlləşdirmə Paylarına aid əvvəlki Qanunlarda olan Dövlət öhdəliklərinin, vətəndaşlara Qanunla verilmiş mülkiyyət və bərabərlik hüquqlarının 2000-ci il Özəlləşdirmə Qanununun bu gün də qüvvədə olan Maddə 33.1- ci bəndinı ( bu bənd hec bir Qanunla bu günə qədər qüvvədən düşməyib – VİCDANSIZLIQ, Şərəfsizlik və Ləyaqətsizlik edərək Konstitusiya, Konstitusiya Qanunlarına, Beynəlxalq HÜQUQA ZİDD olaraq ) naməlum səbəbdən NƏZƏRƏ ALMADAN, özlərini korluğa qoyaraq Maddə 33.2 bəndi əsas tutaraq TAM ləğv olunduğunu göstərmişdilər. Bu cür “CİNAYƏTKARCASINA Hüquq YOZUMU” özü Konstitusiya və Konstitusiya Qanunlarına, Beynəlxalq hüquqa və mənəviyyatımıza TAM Ziddir, Dövlətçiliyimizə və cənab Prezidentə qarşı TƏXRİBATDIR!

DİQQƏT EDİN: KM-nin bu 3 hakimi hansı səbəbdən özlərini VİCDANSIZLIĞA qoyublar.
Ölkədə aşağıdakı HÜQUQ Faktını bilməyən 1 dənə hüquqşünas belə YOXDUR Unutmamaq lazımdır ki, Konstitusiya Şikayətində göstərilən məsələ “DÖP-ları və DÖÇ-lərinin tənizmlənməsi” məsələsinin hansı qanunvericiliyə tabe olduğu məsələsidir. Yəni DÖP-larının və DÖÇ-lərinin tənizlənməsi, onların üzərində vətəndaşların mülkiyyət hüququnu əldə etməsi və bu mülkiyyət hüququnun mühafizə olunması prosesinin onların verildiyi tarixdə qəbul edilmiş qanunvericilik ilə tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cü və digər maddələrinin tələblərinə görə məcburidir.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinin 7-ci hissəsinə görə, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.

BƏS KM-si Palatasının Prezident secgiləri qabağı bu İMTİNA Qərardatını çıxarmasında ƏSAS MƏQSƏD NƏ İDİ?

Konstitusiya Məhkəməsinin Palatası Özəlləşdirmə Payları (Çekləri) barədə Vətəndaşların Şikayətinə baxılmasından İMTİNA barədə 19 Dekabr 2023-cü ildə 3 hüquqşünasın çıxardığı Qərardad Ölkəmizdə Demokratiyanın və Hüququ Dövlətçiliyimizin, Konstitusiya və Qanunların, İnsan Hüquqlarının 2000-ci il May ayından sonra yavaş-yavaş Qanunvericilik Aktları ilə tam pozulduğunu Ölkə Vətəndaşlarına və BEYNƏLXALQ Aləmə göstərmək MƏQSƏDİ DAŞIYIR. Belə çıxır ki, KM-nin Palatası öz * qərəzli yozması* ilə Dövlətin Vətəndaşlar qarşısında QANUNLA götürdüyü öhdəliklərin və verdiyi hüquqların Konstitusiya və Qanunlara, Beynəlxalq HÜQUQA zidd olaraq pozulmasını ” leqallaşdırmağa ” və Azərdaycanda 16 may 2000-ci ildən sonra Dövlətçilik və Demokratiyanın olmadığını SÜBUT etməyə çalışıb.

Eyni zamanda Prezident seçkilərində narazı insanlar kütləsi yaratmaq və aranı qarışdırmaq MƏQSƏDİ DAŞIYIB. Konstitusiya Məhkəməsindəki 3 hüquqşünasdan başqa ÖLKƏMİZDƏ hamı bilir ki, Özəlləşdirmə Payları (Çekləri) verilən zaman qüvvədə olan Konstitusiya, Konstitusiya Qanunları, Mülki Məcəllə və ən əsası Özəlləşdirmə Qanunu, Dövlət Özəlləşdirmə Proqramı haqqında Qanun və DÖÇ-ləri haqqında Əsasnaməyə əsasən DÖVLƏTİN götürdüyü öhdəliklər ƏSAS sayılır. Bununla da sübut olunur ki, hazırkı KM-sinin bəzi Şərəfsiz və Ləyaqətsiz hüquqşünasları VİCDANSIZLIQ edərək bizim ÖLKƏMİZİN Hüquqi Dövlət olmadığımızı BEYNƏLXALQ ALƏMƏ təqdim etmək və Dövlətimizin, Cənab Prezident İlham Əliyevin adına QARA LƏKƏ salmaq missiyası daşıyır. Bu fakt gələcəkdə həm də KM-i Palatasının bu hakimlərinin MÜTƏŞƏKKİL KORRUPSİYA CİNAYƏTİNDƏ İŞTİRAK etməsi faktı kimi qiymətləndirilməlidir.mÜmid edirik bu məlumatlar cənab Prezident İlham Əliyevə çatdırılacaq. Dövlət Təhlükəsizliyi və MİLLİ TƏHLÜKƏSİZLİYƏ , Haqqa və Ədalətə çatmaq ücün ERMƏNİ FAŞİSTLƏRİN qanını tökdük, öldürdük, indi NÖVBƏ ölkə daxilində Xalqın Halal Miras Əmlak Payına əl qoyan, haqqını yeyən – XALQ düşmənləri olan Oliqarxlar məmurlara ÇATIB. Tarixi Ədaləti pozan və CİNAYƏTLƏRDƏ əli olan, Vətəndaşların haqqını yeyən MƏMURLAR ÖZ CƏZASINI ALMALIDIRLAR.

Diqqət, diqqət: Bir milyon vətəndaşın problemi gündəmdə

https://ayna.az/prezidentliye-namizedleri-birlesdiren-teleb

https://ayna.az/tarixi-edalet-cagirisi

İnanırıq ki, cənab Prezident bu məlumatlardan tam xəbərdar olan kimi, KM-nin Palatasında Şərəsizlik və Ləyaqətsizlik edərək, ” cinayətkar Yozum əsasında” İMTİNA Qərardatını imzalayan, öz YOZUMU ilə Dövlətimizin və cənab Prezidentin Ailəsinin adına QARA LƏKƏ salan VİCDANSIZ Hakimlər barədə tezliklə CİDDİ tədbir görəcəkdir.

XALQIN YADDAŞI HEÇ NƏYİ UNUTMUR!

Sadə şəkildə Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ və Mülki Hüquq üzrə Ekspertləri Hüquqşünas Professorlardan açıqlama

https://youtu.be/C_dki8g0Jy8

https://youtu.be/H-cGlC3Dyy0

Cənab PREZİDENTƏ Video Müraciət

4 HÜQUQİ FAKTLAR OXUYUN

https://www.e-huquq.az/az/news/maariflendirme/52314.html

https://www.e-huquq.az/az/news/maariflendirme/57888.html

https://www.e-huquq.az/az/news/maariflendirme/53213.html

https://www.e-huquq.az/az/news/sosial/50623.html

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir