Yasamalda bina sakinləri həyətdəki tikililərdən narazıdır – VİDEO

Bakının Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindəki həyətlərdə köhnə qarajların əlindən hərəkət etmək mümkün deyil. Bəziləri, ümumiyyətlə, istifadəyə yararsızdır.

Feso.az xəbər verir ki, sakinlər bildiriblər ki, illərdir bu tikililərə görə əziyyət çəkirlər:

“1994-cü ildən belədir. Həyətin ortasını qarajla doldurublar. Uşaqlar üçün oynamağa yer yoxdur. İnanmıram ki, buradan bərbad həyət dünyanın harasındasa olsun”.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, sözügedən həyətdəki köhnə qarajlar 1992-1993-cü illərdə bu ərazidə məskunlaşan məcburi köçkünlər tərəfindən inşa edilib.

Həmin tikililərə görə ərazidə abadlıq işlərinin aparılması texniki cəhətdən mümkün deyil. Abadlıq işlərinin aparılması üçün texniki şərait yarandığı təqdirdə müvafiq tədbirlər görüləcək.

Ətraflı Baku TV-nin süjetində:

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir