Xalq İlham Əliyevi dəstəkləyəcək – 76 yaşlı Xalq artisti

Bu gün Xalq artisti Mübariz Tağıyevin doğum günüdür. Sənətçi Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 16 may 2006-cı ildə Xalq artisti fəxri adına,14 sentyabr 2012-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Feso.az xəbər verir ki, 76 yaşına qədəm qoyan sənətkar Modern.az-a təəssüratlarını bölüşüb:

“Sizə və məni təbrik edən hər kəsə çox təşəkkür edirəm. Çox gözəl mesajlar alıram, əlbəttə ki, bu məni sevindirir. Doğum günümdə mənə ən böyük hədiyyə yaxın insanlardan, məni sevənlərdən gələn təbriklərdir. Mən heç vaxt böyük hədiyyələr gözləməmişəm. Bu doğum günümdə də dostlarımdan, yaxın adamlarımdan, məni sevənlərdən nə qədər təbrik qəbul etmişəm. Özümə arzum sağlamlıq, can sağlığıdır. Həyatdır,alın yazısıdır hər şey ola bilər. Yeni yaşımda da yaradıcılığa davam edəcəm. Yeni layihə, yeni mahnılar var. Çox zaman ifa edəcəyim mahnılarımın üzərində uzun müddət işləyirəm”.

O, ölkədə keçiriləcək prezident seçkilərinə də münasibət bildirib:

“Ali Baş Komandanımız ata vəsiyyətini yerinə yetirdi. O, illər Qarabağda baş verənlər mənim də yaradıcılığıma təsirsiz ötüşmədi. Repertuarımda vətənpərvərlik mahnılarına daha çox üstünlük təşkil edir. Qarabağ azərbaycanlıların bağrında bir yara kimi yaşayırdı. İlham Əliyev uzun həsrətdən sonra Qarabağ probleminə son qoydu.

Mən cənab Prezident İlham Əliyevi dəstəkləyirəm. Onun mədəniyyət səhəsinin inkişafı üçün atdığı addımlar da göz önündədir. Xalqın da İlham Əliyevi dəstəkləyəcəyini düşünürəm”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir