Tarix Əliyev: “Həcc ziyarətini Antalya-Bodruma döndərməyin”

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) növbəti açıqlaması ilə diqqət çəkib.

Feso.az xəbər verir ki, o bu barədə “Tarixin bir günü” verilişində danışıb. Tolik Həcc ziyarətindən edilən bəzi paylaşımlara irad bildirib:

“Allaha qurban olum. Əvvəl bizim qonşuda saqqallı kişiləri Həccə ziyarətinə yola salırdılar. İndi baxıram, Ümrə ziyarətinə kimlər gedir. Mən özüm o yolu getməyə layiq deyiləm. Allah mənə ruzi yetirsin, o yola getmək istəyən insanı göndərim. Ondan çox savab qazanaram, oranı Antalya-Bodruma döndərməyin, günahdır. Hər insanı aparmasınlar. Söhbət müğənnilərdən getmir. Məsələn, bu yaxınlarda Xatun bacısı, anası ilə getmişdi. Allah qəbul etsin. Bəzən qarşıma tanınmamış simalar çıxır. Görürəm ki, orada ifrat dərəcədə hərəkətlər edirlər. Ora Allahın evidir, siz etdiyiniz isə günahdır”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir