“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış və bağlanış mərasimlərinin vaxtı açıqlanıb

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərsimi bu ilin may ayında keçiriləcək.

Feso.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Bununla bağlı Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırıqlar verilib.

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi bağlanış mərasimi isə dekabr ayında olacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir