Rusiyadan Ermənistana NATO ilə bağlı xəbərdarlıq

“Əgər Ermənistan NATO ilə yaxınlaşmaq istəyirsə, bunun nə qədər təhlükəsiz olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir”.

Feso.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə News.ru-nun İrəvanın NATO ilə yaxınlaşmasına cəhd etməsinə dair sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, belə qərarlar qəbul etməzdən əvvəl rəsmi İrəvan ölkənin özündəki vəziyyəti təhlil etməlidir.
“Siz Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu, onun üçün nəyin faydalı olduğunu, nəyin qısamüddətli fayda gətirdiyini və nəyin uzunmüddətli fayda verdiyini başa düşməlisiniz və bundan çıxış etməlisiniz. Qərb hamıya vədlər verir. Mənə sadəcə maraqlıdır, onlar harada və nəyi yerinə yetiriblər?!” – deyə rusiyalı diplomat vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir