“Qarabağ”ın yeni baş məşqçisi: “Hansısa dəyişiklik etməyi düşünmürəm”

“Şamaxı”da gördüyümüz işə görə daha çox xal toplamalı idik”.

Feso.az xəbər verir ki, bunu İdman.biz-ə I Liqada mübarizə aparan “Şamaxı”dan ayrılan baş məşqçi Vüqar Əsgərli deyib.

O, klubdan ayrılmasının səbəbini açıqlayıb. Azərbaycan millisində də çalışmış mütəxəssis bölgə təmsilçisində lazımi nəticəni etməməsinə təəssüflənib: “Düşündüyümüz kimi olmadı və ayrılmağımın klub üçün daha xeyirli olacağı qənaətinə gəldim. Konkret son oyunumuz istefama təsir etmədi. Lakin ümumi I dövrənin nəticələri məni qane etmədi”.
Gənc mütəxəssis “Qarabağ” Futbol Akademiyasına gəlişini də dəyərləndirib. Əsgərli Ağdam təmsilçisinin koordinatoru Aftandil Hacıyevin təklifinin cəlbedici olduğunu və bu səbəbdən də U-15 komandasına rəhbərlik edəcəyini deyib: “Rəhbərlik nəticənin önəmli olduğunu qeyd etdi. Əsas məqsəd isə futbolçuların oynayaraq, inkişaf etməsidir. Komanda birinci sıradadır və hansısa dəyişiklik etməyi düşünmürəm”.

Qeyd edək ki, Əsgərli “Qarabağ”ın U-15 komandasında Rakif Əliyevi əvəzləyib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir