Qəhvənin faydaları açıqlanıb

Yaponiya alimləri qəhvədən müntəzəm istifadənin yaddaşı və diqqəti yaxşılaşdırdığını bildiriblər.

Feso.az-ın məlumatına görə, “Springer” içkinin gözlənilməz faydalarından yazıb.

Qeyd edilir ki, araşdırmanı Sukuba Universitetinin tədqiqatçıları aparıblar. Otuz gün ərzində siçanlara qəhvə, güldəfnə və yapon turpunda olan triqonelin maddəsi verilib. Daha sonra gəmiricilər “Morris” labirintinə buraxılıb və burada yaddaş qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstəriblər.

Tədqiqatçıların fikrincə, qəhvənin müntəzəm istehlakı idrak funksiyasının yaxşılaşmasına səbəb olur, çünki bu birləşmə beyində qan dövranına faydalı təsir göstərir, həmçinin yeni neyronların böyüməsini stimullaşdırır və onlar arasında əlaqəni yaxşılaşdırır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir