Putinin daha bir rəqibi seçkidən geri çəkildi

Rusiyada “Azadlıq və Ədalət” partiyasından prezidentliyə namizəd Andrey Boqdanov seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.

Feso.az xəbər verir ki, Boqdanov namizədlikdən geri çəkilməsi ilə bağlı Rusiyanın Mərkəzi Seçki Komissiyasına ərizə təqdim edib.

Xatırladaq ki, yanvarın 30-u “Rusiya Ümumxalq İttifaqı” partiyasının lideri Sergey Baburin də prezident seçkilərində namizədliyini geri götürüb.

Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçiriləcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir