Prezident Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.

Feso .az xəbər verir ki, görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı nəticələr baxımından 2023-cü ilin uğurlu olduğu bildirildi. Ötən ilin dekabrında Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin təmasları məmnunluqla xatırlandı.

Söhbət zamanı iqtisadi əməkdaşlığın geniş gündəliyə malik olduğu vurğulanaraq, qarşıda bu sahədə yeni istiqamətlər üzrə planların nəzərdə tutulduğu bildirildi. Ticarət dövriyyəsinin 17,5 faiz, həmçinin yük və tranzit daşımalarının davamlı artımı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirildi. Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsinin imzalanmasının əhəmiyyəti vurğulandı. Aleksey Overçukun səfərinin əlaqələrimizin genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirildi.

Görüşdə nəqliyyat-logistika, Şimal-Cənub Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir