Ötən il məhkəmələrə 16 min 146 iş göndərilib

Ötən il məhkəməyə göndərilən işlərin sayı 16 146, təqsirləndirilən şəxslərin sayı isə 17 966 olub.

Feso.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında bildirib.

Bildirilib ki, 2022-ci ildə bu say müvafiq olaraq 15 777 və 17 625 təşkil edib.

Qeyd olunub ki, ötən il bütün istintaq qurumları üzrə tamamlanmış cinayət işlərinin sayı 21 104 təşkil edib. 2022-ci ildə isə bu say 19 591 təşkil edib. Yəni 2023-cü ildə bu istiqamətdə 1513 artım qeydə alınıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir