Kürdəmirin keçilməz küçəsi: Nə işıq, nə kanalizasiya, nə də asfalt var – VİDEO

Kürdəmirin mərkəzi küçələrindən olan Mirzə Ələkbər Sabir küçəsinin sakinləri bir neçə problemlə üz-üzə qalıblar.

Feso.az xəbər verir ki, adıçəkilən küçədə yolun asfaltsız olması, kanalizasiya xəttinin və işıqlandırmanın olmaması onlara çətinliklər yaradır.

Sakinlər sözügedən problemlərin həll edilməsi üçün aidiyyəti qurumlar tərəfindən tədbir görülməməsindən şikayətçidirlər.

“Yolumuz, kanalizasiya xəttimiz, işığımız yoxdur. Gecə küçəyə çıxanda gözümüz ayağımızın altını görmür”, – deyə sakinlər narazılıqlarını bildiriblər.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir