Fəaliyyətini dayandıran klublar Azərbaycan Voleybol Federasiyasına rəsmi müraciət etməyiblər

“Son günlər sosial mediada “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının fəaliyyətlərinin dayandırılması ilə bağlı açıqlamalar verilib. Buna baxmayaraq, klublar tərəfindən federasiyaya məlum məsələyə dair rəsmi müraciət olunmayıb”.

Bu barədə Feso.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib.

“Komandaların rəhbərliyi dekabr ayında bizə oyunların təxirə salınması (müddət qeyd olunmayıb) ilə bağlı rəsmi məktub ünvanlayıb. Lakin klubların tam olaraq fəaliyyətlərinin dayandırılması və çempionatda iştirak etməyəcəkləri ilə bağlı federasiyaya rəsmi müraciət olunmadığından, hazırda məsələyə rəsmi münasibət bildirə bilmirik”, – deyə qurumdan vurğulanıb.

Qeyd edək ki, kişilərdən ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları maliyyə problemləri ucbatından fəaliyyətlərini dayandırıblar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir