E-Polis mobil tətbiqi istifadəyə verilib

Daxili İşlər Nazirliyinin (DİN) E-Polis mobil tətbiqi istifadəyə verilib.

Feso.az xəbər verir ki, tətbiq vasitəsilə məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciətlər etmək və onları rəqəmsal formada əldə etmək mümkündür.

Həmçinin proqram vasitəsi ilə borcla bağlı ölkədən çıxışa STOP qoyulmasını, işğaldan azad edilən ərazilərə buraxılış icazəsinin mövcudluğunu da yoxlamaq olar.

Qeyd edək ki, tətbiq artıq “Play Store” mobil mağazasına yerləşdirilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir