Cəbrayılda günəş elektrik stansiyaları tikiləcək

“Keçən il ərzində Cəbrayıl, Zəngilan və Qubadlıda Prezident İlham Əliyevin iştirakı ilə doqquz kənd, bir qəsəbə, üç şəhər mərkəzində müxtəlif yaşayış məhəllələri, məktəb, xəstəxana kimi təməlatmalar həyata keçirilib. Bu yaşayış kompleksləri insanların qayıdışlarına töhfə olacaq”.

Feso.az xəbər verir ki, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, Qarabağ və Şəri Zəngəzur yaşıl enerji zonasıdır, artıq işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunması əsas prioritetdir:
“Bu istiqamətdə böyük işlər aparılır. Cəbrayılda günəş elektrik stansiyaları tikiləcək”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir