Bu ölkə “Avroviziya 2024″dən imtina etdi

Bu il İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində Rumıniya ştirak etməyəcək.

Feso.az xəbər verir ki, bu barədə Rumıniya Televiziyasının İnzibati Şurası məlumat yayıb.

Buna səbəb ölkənin beynəlxalq rəqabətdə daha yüksək standartlara uyğun iştirakını təmin etmək üçün kifayət qədər vəsaitə malik olmaması göstərilib.

Qeyd edək ki, yarışmanın birinci və ikinci yarımfinalları 7 və 9 mayda, final isə mayın 11-də olacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir