Beyləqan məktəbliləri layihənin iştirakçısı olublar – FOTOLAR

  Beyləqan rayon Kəbirli kəndində 15.09.2023 – 15.12.2023-cü il tarixləri aralığında icra olunan “Müqəddəs amal” adlı layihənin tədbirləri uğurla yekunlaşıb.

Feso.az xəbər verir ki, layihə çərçivəsində Kəbirli kəndində yerləşən məktəblərin şagirdləri bir sıra fəaliyyətlərə cəlb ediliblər. Hər bir tədbirdən əvvəl şəhidlərimizin əziz xatirəsi anılıb və layihə haqqında məlumat verilib. 

Seminar və intellektual yarışmalardan ibarət olan tədbirlərdə əsas məqsəd müqəddəs amal, vətənpərvərlik, dövlətçilik ənənələrimizi şagirdlərə aşılamaq idi.  Layihə çərçivəsində 3 intellektual yarışma, 2 seminar keçirilib.

Şagirdlərə köynəklər və yardımçı materiallar paylanıb. 

  Qeyd edək ki, “Müqəddəs amal” layihəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”çərçivəsində  qalib olmuş Bəxtiyar Məmmədov tərəfindən icra olunur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir