Bayden Trampı özünün professoru adlandırıb

Feso.az xəbər verir ki, Viskonsin ştatında tərəfdarları önündə çıxış edən ABŞ prezidenti Co Bayden çaşaraq Donald Trampı özünün sələfi deyil, professoru adlandırıb.

“Mənim professorum, onun haqqında danışmayacağam, qulaq asın – sələfim fərqli bir kurs seçdi. O, zəngin və böyük korporasiyalar üçün vergiləri azaldaraq, büdcə kəsirinin əhəmiyyətli dərəcədə artımına şərait yaratdı”, – C. Bayden qeyd edib.

Bundan əlavə, ABŞ lideri pandemiya ilə resessiyanı da qarışdırıb:
“Resessiyadan əvvəl…daha doğrusu pandemiyadan əvvəl ABŞ-də 700 milyarder var idi”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir