Bakıda ağaclar təhlükə mənbəyinə çevrilib – VİDEO

Nizami rayonu, Şərifli küçəsində küknar ağacı qırılaraq, sakinlərin evinə zərər verir.

Feso.az xəbər verir ki, hündür ağaclardan biri mənzillərin üstünə aşıb. Bu səbəbdən də beşmərtəbəli binada yaşayan sakinlər qorxu içindədirlər.

Sakinlər bildirib ki, bundan öncə həmin ərazidə ağaclardan biri aşaraq, onların eyvanına zərər vurub. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir tədbir görülməyib.
“Hər dəfə külək əsəndə qorxu içində otururuq. Bu ağac isə gecə saat 4-də qırılıb, aşıb. Səsi eşidən kimi uşağımı da götürüb digər otağa qaçdım. Düşündüm ki, daha öncəki kimi, pəncərəm qırılar, uşağım xəsarət alar”, – deyə sakinlərdən biri bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir