Bakı-Ağstafa dəmir yolu marşrutu üzrə axşam reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) cümə günlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq axşam reysləri təyin edib.

Feso.az xəbər verir ki, bu barədə ADY-ya istinadən xəbər verir.

Məlumata görə, yanvarın 3-19-26-da və fevralın 2-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 14-21-28-də və fevralın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləmək və yaxud www.ady.az saytına keçid etmək lazımdır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir