Azərbaycanın 9 cüdoçusu Qran-pridə mübarizəyə başlayır

Bu gün Azərbaycan cüdoçuları Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaqlar.

Feso.az xəbər verir ki, ilk yarış günündə 9 idmançı tatamiyə çıxacaq.

Kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), qadınlardan Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) qüvvəsini sınayacaq.

Qadınlar

48 kq

Könül Əliyeva – Ka Li Vonq (Çin)

52 kq

Aydan Vəliyeva – Naomi Van Krevel (Niderland)

Gültac Məmmədəliyeva – Lea Metrot (Fransa)

57 kq.

Fidan Əlizadə – Veronika Peres Paçeko (İspaniya)

Açeliya Toprak – Maysa Pardayeva (Türkmənistan)

Kişilər

60 kq

Balabəy Ağayev – Maksimilian Heyder (Almaniya) / Artyom Lesyuk (Ukrayna) cütünün qalibi

Turan Bayramov – Joau Amaro Martins (Portuqaliya) / Ancelo Pantano (İtaliya) cütünün qalibi

66 kq

Yaşar Nəcəfov – Serdar Rahimov (Türkmənistan) / Yanislav Qerçev (Bolqarıstan) cütünün qalibi

Kamran Süleymanov – Aleksandr Bukur (Portuqaliya)

Qeyd edək ki, yarış yanvarın 28-də başa çatacaq. Azərbaycan Qran-pridə 16 cüdoçu ilə təmsil olunur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir