Almaniya sabahdan 4 günlük iş həftəsinə keçir

Almaniyada fevralın birindən 4 günlük iş həftəsinə keçid üzrə pilot layihə işə salınacaq.

Feso.az xəbər verir ki, pilot layihədə 45 şirkət iştirak edir. Layihədə iştirak edən şirkətlərin əməkdaşları həftənin 4 günü çalışacaq, lakin 5 günlük iş həftəsində olduğu kimi əmək haqqı alacaqlar.

Layihənin məqsədi iş müddəti azalanda əməkdaşların iş qabiliyyətinin artıb-artmayacağını araşdırmaqdan ibarətdir. Belə ki, pandemiyadan sonra bir çox əməkdaşlar ofisə gələrək yorucu iş həftəsində çalışmaqdan imtina edib və ya bunun üçün əmək haqqının qaldırılmasını tələb edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir