Afrika Millətlər Kuboku: 1/4 finalın bütün cütləri müəyyənləşib

Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

Feso.az-ın məlumatına görə, 1/8 finalın son oyununda Cənubi Afrika millisi Mərakeş üzərində 2:0 hesablı qələbə qazanıb.

Cənubi Afrika növbəti raundda “Qarabağ”ın futbolçusu Patrik Andradenin şərəfini qoruduğu Kabo-Verdeyə rəqib olub.

1/4 final mərhələsinin görüşləri fevralın 2-3-də keçiriləcək.

Afrika Millətlər Kuboku
1/4 final

2 fevral
21:00. Nigeriya – Anqola
00:00. Konqo DR – Qvineya

3 fevral
21:00. Mali – Kot-d’İvuar
00:00. Kabo-Verde – Cənubi Afrika

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir