“Məni qonaq çağıran olmayıb” – Elnarə Xəlilova

“Səidə Sultanla münasibətim yoxdur. Onu toyuma dəvət etməmişdim, o da məni. Bu, normaldır. 18 ildir ki, ailəliyəm və bu 18 ildə mənimlə Səidə arasında münasibət dəyişməyib”.

Feso.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova “10-da görüşək” verilişində deyib. Elnarə keçmiş “W-trio” qrupunun üzvləri Xalq artisti Röya Ayxan, müğənni Natavan Həbibi ilə münasibətlərindən danışıb.

“Bu, qaçılmazdır… Məni görəndə qızlar yada düşür, onları da görəndə mən” deyə, ifaçı bildirib.

Aparıcı Samir Bayramlının “Sizi qrup üzvləri zəng vurub qonaq çağırsaydılar, gedərdiniz” sualına Xəlilova belə cavab verib:

“Xeyir-şərdən qalan adam deyiləm. Dəvət olunan yerə hər zaman getməyə çalışıram. Əhvalım korlanmasa, qlobal bir şey baş verməsə, bəlkə də qonaq çağrılan yerə gedərdim, niyə də yox? Hələ ki, belə bir münasibət yoxdur. Son 10 il ərzində də belə bir münasibət olmayıb. Nə bayram və sairə… Başım çox qarışıqdır. Əminəm ki, hər kəsdə də bu belədir. Qayğılarım, ailəm, dörd uşaq, tələbələrim, layihələrim… İşim başımdan aşır. Dəfələrlə onlarla üzbəüz gəlmişəm, salam-sağ ol, öpüşüb, görüşmüşük, söhbət də etmişik, çörək də yemişik. Biz düşmənik bəyəm? Salam Allahın adıdır, salam verib almaq da lazımdır. Biz düşmən deyilik, amma dost da deyilik”.

Qeyd edək ki, bir neçə gün əvvəl Röya Natavanla Səidənin toy məclisində barışıb. O, daha sonra Natavan və Səidəni evinə çağırmışdı. Elnarənin orada olmaması isə sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir