“Formula 1″də 2026-cı ildə Madrid Qran-prisi olacaq

“Formula 1” rəhbərliyi 2026-cı ildən İspaniyada iki yarış keçirəcək.

Feso.az xəbər verir ki, Madrid Qran-prisi həmin tarixdə təqvimə daxil ediləcək.

Mərhələ Valdebebas ərazisindəki şəhər trekində gerçəkləşəcək. Qərarın bu həftə elan olunacağı gözlənilir.

“Formula 1″də Barselonada keçirilən Qran-pri ilə müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub. Bu da ölkəyə eyni anda iki yarışa evsahibliyi etmək imkanı verir. Barselona mərhələsinin İspaniya Qran-prisi adını saxlayacağı da vurğulanıb.

Qeyd edək ki, başa çatan mövsümdə “Red Bull” pilotu Maks Ferstappen çempion olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir