Əli Əsədov: “İlham Əliyev müasir inkişaflı Azərbaycan modelini yaradıb”

“Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin layiqli davamçısı kimi müasir inkişaflı Azərbaycan modelini yaradıb”.

Feso.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 20 il ərzində bütün sahələrdə sürətli inkişafa nail olunması, əhalinin rifah halının daha da yaxşılaşdırılması, müasir ordumuzun yaradılması ölkəmizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi deməkdir.

“Əsrə bərabər 20 ilin ən şanlı səhifəsi işğal altındakı torpaqların azad olunması ilə nəticələnən Vətən müharibəsidir. Eyni zamanda sentyabrın 19-da mükəmməl şəkildə həyata keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində Qarabağda suverenliyimiz tam təmin edilib, separatizmin kökü tamamilə kəsilib”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir