Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən bildirilib.

Feso.az-ın məlumatına görə, müəyyən fasilədən sonra Çindən Azərbaycana konteyner blok qatarı ilə ilk yükdaşıma həyata keçirilib.

Bildirilib ki, Siandan yola salınan qatar artıq Bakı limanına çatıb. Çindən ölkəmizə ümumikdə 110 TEU yük – elektrik avtomobilləri, tikinti materialları, sənaye məhsulları çatdırılıb. Daşıma Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə, “Xian Free Trade Port Construction and Operation”, “KTZ Express” və “ADY Konteyner” MMC-nin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

“ADY Konteyner” MMC yeni blok qatarların təşkili istiqamətində Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir