AZAL bir sıra istiqamətlər üzrə endirimlər təklif edir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan bir sıra məşhur istiqamətlər üzrə endirim aksiyasına start verib.

Feso.az AZAL-a istinadən xəbər verir ki, endirimli aviabiletləri bu gündən başlayaraq dekabrın 29-na qədər əldə etmək olar.

Aksiya çərçivəsində Bakıdan Mineralnıye Vodı, Həştərxan, Volqoqrad, Samara, Soçi, Ufa və Minsk şəhərlərinə aviabiletlərin qiyməti bir tərəfə 79 manatdan, hər iki istiqamətdə isə 149 manatdan başlayır.

Moskva (Vnukovo və Domodedovo hava limanları), Kazan, Yekaterinburq, Sankt-Peterburq, Novosibirsk, Almatı və Astana şəhərlərinə aviabiletləri bir tərəfə 129 manatdan, hər iki istiqamətdə isə 249 manatdan başlayan qiymətlərlə əldə etmək mümkündür.

Təklif yüksək tələbat dövrü istisna olmaqla, 15 yanvar-25 may tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil edilir. Endirimli aviabiletlərin sayı məhduddur.

Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir