Zaqatalada məktəbli qız özünü asdı

Zaqatalada məktəbli qız intihar edib.

Feso.az-ın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Kənd sakini, 16 yaşlı Səfiyyə Əhmədova yaşadığı evdə özünü asıb. Hadisə baş verən zaman evdə heç kim olmayıb. Ailəsi evə gələndə S.Əhmədovanın asılmış meyitini aşkar ediblər.

İntiharın baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S.Əhmədova məktəbli olub. O, 10-cu sinifdə oxuyurmuş.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir