Vəkillər Kollegiyası Akademiyasının Əsasnaməsi təsdiqlənəcək

“Vəkillər Kollegiyası Akademiyasının Əsasnaməsi təsdiqlənəcək”.

Feso.az Mrb.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətlə keçirilən vəkillərin andiçmə mərasimində deyib.

Onun sözlərinə görə, bu günlərdə Vəkillər Kollegiyasının Akademiyası təsis edilib: “Yaxın vaxtlarda qurumun əsasnaməsi də təsdiqlənəcək. Məqsəd vəkil hazırlığı ilə bağlı tədrisi yeni səviyyəyə çatdırmaqdır. Elmi bazanın gücləndirilməsi istiqamətində işlər görülür. Üzvlərimiz içərisində alimlər və xaricdə təhsil alan vəkillər var. Elmi bazamız getdikcə daha da güclənəcək. Eyni zamanda vəkil hazırlığı ilə bağlı ödənişli və ödənişsiz kurslar təşkil olunacaq. Həmin kurslara mütəxəssisləri də dəvət edəcəyik”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir