
“Azərbaycanla birlikdə olmağa davam edəcəyik”.
Feso.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 17 noyabr- Azərbaycanın Milli Dirçəliş Günü ilə bağlı “X” hesabındakı paylaşımında qeyd olunub.
“35 il əvvəl milli diriliş ruhu ilə müstəqilliyə doğru gedən Azərbaycan türkü qardaşlarımız bu gün də eyni şüur və ruhla Qarabağı işğaldan azad etdi. Hər ötən gün gücünə güc qatan can qardaşlarımızın Milli Dirçəliş Gününü təbrik edirik”, – paylaşımda bildirilib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app