Tovuzda Ailə Sağlamlıq Mərkəzinin binası bərbad vəziyyətdədir – VİDEO

Tovuz rayonunun Qovlar şəhərinin sakinləri Ailə Sağlamlıq Mərkəzinin binasının bərbad vəziyyətdə olmasından şikayətçidir.

Sakinlərin sözlərinə görə, xəstəxananın içərisi çöldən soyuqdur.

Binanın ikinci mərtəbəsi də təhlükəli vəziyyətdə olduğundan illərdir istifadə olunmur.

Şikayətçilər bildiriblər ki, sözügedən xəstəxananın cəmi bir ədəd təcili tibbi yardım avtomobili var.

Divarları, qapı-pəncərəsi və döşəməsinin uçulub-dağıldığı xəstəxana binasının əsaslı təmir-bərpaya ehtiyacı var.

Ətraflı “ATV Xəbər”in süjetində:

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir