Onlar “Avroviziya”ya gedə bilməyəcəklər

Xəbər verdiyimiz kimi, “Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

Feso.az-ın məlumatına görə, ilkin mərhələdə 16 iştirakçı canlı dinləmələrə keçid alıb. Onlar arasından da növbəti seçimlər edilib.

Hazırda müsabiqəyə qatılmaq üçün 6 iştirakçı mübarizə aparırı. Onlar Emy Lia (Emiliya Yaqubova), Mila Miles-İlkin Dövlətov-Etibar Əsədli, Aisel (Aysel Məmmədova), Fahree, Qorqud və Səbinə Quluzadədir.

Tofig Hajiyev & Camal Qurbanov, Rilaya Hüseynzadə, Mari, Sabina Beyli, Lexa, Edqar Ravinov, Əmrah Musayev, Alesker, Rahib Mirzəyev & Tofiq Yadigarlı növbəti mərhələyə keçə bilməyiblər.

Əlavə edək ki, münsiflər heyətinin kürsüsündə Xalq artisti Faiq Sücəddinov, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, müğənnilər Nigar Camal, Eldar Qasımov, Aysel Adıgözəlzadə (Teymurova), aparıcı Ranar Musayev kimi tanınmışlar əyləşib.

Qeyd edək ki, bu il İsveçin Malmö şəhərində keçiriləcək yarışma mayın 7, 9 və 11-də gerçəkləşəcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir