
İranda daha üç məhbus edam edilib.
Feso.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Mərkəzinə istinadla xəbər verib.
Bildirilir ki, Qonbəd-Kavus şəhərində türkmən gənc edam olunub. Ondan başqa Kermanşahda və Təbrizin mərkəzi həbsxanalarında iki məhbus dar ağacından asılıb.
Məlumata görə, hər üç məhbus qətldə ittiham olunub.
Bundan əvvəl xəbər verilmişdi ki, son bir ayda İranda ən azı 30 məhbus dar ağacından asılıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app