Çili millisinin baş məşqçisi istefa verib

Futbol üzrə Çili millisinin baş məşqçisi Eduardo Berisso istefa verib.

Feso.az-ın məlumatına görə, 54 yaşlı argentinalı mütəxəssis bu barədə DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Paraqvay ilə heç-heçə (0:0) etdikləri oyundan sonra mətbuat konfransında bildirib.

Doğma meydanda rəqibinin müqavimətini qıra bilməyən Çili yığması 5 oyundan sonra 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, E.Berisso 2022-ci ilin may ayının sonundan Çili millisinə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında keçirdiyi 16 oyunun 4-də qalib gəlib, 5-də heç-heçə edib, 7-də isə uduzub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir