
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı kotirovka sorğusu elan edib.
Feso.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini oktyabrın 17-i, saat 18:00-a qədər MİDA-nın yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 18-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app