“Məndə xərçəng aşkarlandı” – Diana Əhədpur

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur Sausan Cəfərovanın yutub layihəsində qonaq olub.

Feso.az xəbər verir ki, Diana onda xərçəng aşkarlandığını açıqlayıb. O bildirib ki, 3 ay İstanbulda müalicə alıb:

“Bunu heç yerdə danışmamışam. Ancaq yaxınlarım bilirdi. Anam belə ən sonda öyrəndi. Gizlədə bilmədim. Məndə limfoma (limfa düyünlərinin şişi) aşkarlandı. İndi danışmağım mənim kimi olan hansısa bir qıza mənəvi dəstək ola bilər. Heç bir göstərici yox idi. İldə bir dəfə müayinədən keçirəm. Müyinə zamanı aşkarlandı. Uzun müddət İstanbulda yaşadım, şiş götürüldü, kimyaterapiya aldım. Öldürməyən şey səni daha güclü edir. Güclü insanam. Mən ona düşüncələrimlə qalib gəldim. Onu elə qarşıladım ki, sanki yüngül soyuqdəyməm var. Heç ürəyimə almadım. Yaxınlarım daha çox ağladı.

Həkimlər xərçəng olduğumu deyəndə gözümdən bir damcı yaş düşdü. Düşündüm ki, bu, məndə aşkarlandı, övladımda yox. Bilirdim ki, hər şey keçəcək. 3 ay İstanbulda qaldım, həftədə bir dəfə kimyaterapiyaya və radioşüaya gedirdim. Düşüncəmdən xəstəliyi tamam çıxartdım. Aprelin 30-da yenidən müayinələrin cavabı çıxdı. Xəstəlikdən əsər-əlamət qalmadığı deyildi. Həkimlər belə təəccüblənmişdi”.

O, əlavə edib ki, xəstəliyi ərəfəsində tək qalıb:

“Valideynlərim, həyat yoldaşım buna etiraz etdi. Dedim ki, sizin üzülən sifətinizi görmək məni daha pis edəcək. Anlayışla qarşılamalarını və məni tək qoymalarını istədim. Hərdən rəfiqələrim yanıma gəlirdi. Amma çox vaxt tək olurdum. İstəmədim insanların mənə ağlayan, üzgün gözlə baxmasını görüm”.

Qeyd edək ki, Diana iran əsilli biznesmen Manuçehr Əhədpurla ailəlidir. Birləşmiş Ərəb Əmirliyində yaşayan Diananın bir oğlu var.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir