
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov evindəki əşyaları satışa çıxarıb.
Feso.az xəbər verir ki, o, evini təmir etdirmək üçün əşyalarını izləyicilərinə verib.
Hüseyn həmin görüntüləri sosial şəbəkədə yayımlayaraq bunu lotoreya şəklində etdiyini vurğulayıb. Bloger əldə etdiyi gəliri xeyriyyə məqsədiylə xərcləyəcəyini açıqlayıb.
Hüseyn bildirib ki, 5 lotoreyada alıcılar nəyin olduğunu bilməyiblər. Hüseyn 1 milyon rubl (təxminən 17 min manat) dəyərində olan lotoreyada 3,5 milyonluq (təxminən 60 min manat) divan, 300 min rubl (təxminən 5100 manat) dəyərindəki səsgücləndirici olduğunu deyib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app