Azay Quliyev Berlin televiziyasına Qarabağla bağlı müsahibə verib – VİDEO

Okyabrın 9-da Milli Məclisin deputatı və Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Azay Quliyev Almaniyanın Berlin televiziyasına müsahibə verib.

Feso.az xəbər verir ki, müsahibədə Azay Quliyev ermənilər niyə Qarabağı tərk etdilər, onlar necə və hansı şərtlərlə Qarabağa qayıda bilərlər, Prezident İlham Əliyevin Qranada görüşündən imtina etməsinin səbəbləri, Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti ilə əlaqədar jurnalistin bir sıra suallarını cavablandırıb.

Azay Quliyev “etnik təmizləmə” ilə bağlı irəli sürülən əsassız ittihamları konkret faktlarla yalanlayıb və Azərbaycanın reinteqrasiya planlarının əsas istiqamətləri haqqında alman ictimaiyyətini məlumatlandırıb.

Müsahibəyə bu linkdə baxa bilərsiniz:

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir