Azərbaycanda ən çox yanğın təhlükəsi olan – Ərazilər

Bu ilin isti dövründə ən çox yanğın təhlükəsi olan ərazilər əsasən Naxçıvan MR-da və Qazax-Gəncə bölgəsində qeydə alınıb.

Feso.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti meşə zolaqlarının yanğın təhlükəsindən qorunması, yanğın təhlükəsi olan ərazilərdə əhalinin daha diqqətli davranması məqsədilə may-sentyabr aylarında meteoroloji müşahidə məlumatlarına əsasən riyazi üsullarla yanğın indeksini hesablayıb.

Belə ki, Balakən-Şəki, Quba-Xaçmaz, Dağlıq Şirvan, Lənkəran-Astara bölgələrinin bəzi rayonlarında yanğın indeksi çox yüksək həddə çatıb.

Lakin bəzi günlərdə hava şəraitinin qeyri-sabit, yağmurlu keçməsi ilə əlaqədar yanğın indeksi sıfırlanıb. Bu da yanğın təhlükəsi riskini azaldıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir