
Qardaş Türkiyənin “Anadolu” agentliyi “Naxçıvanda duz dağındakı xəstəxana şəfa gözləyənlərə ümid olur” və “Naxçıvandakı türbələr əsrlərdir ki, bütün əzəməti ilə ayaqda dayanır” sərlövhəli reportajlar yayıb.
Feso.az xəbər verir ki, Mehmet Yusuf Melikoğlunun müəllifi olduğu reportajda vurğulanır ki, Duzdağ Fizioterapiya Mərkəzində dünyanın müxtəlif yerlərindən gələn tənəffüs problemi olan xəstələrə sağlamlıq xidməti göstərilir.
Qeyd olunub ki, dağın 350 metr içində qurulan, tunellərdən keçilə bilən mərkəzdə yataqxanalarda qalan xəstələr 10-15 günlük müalicə müddətindən sonra sağlamlıqlarına qovuşurlar. Mərkəzə əsasən Türkiyə, Kanada, ABŞ, Rusiya, Yaponiya, Almaniya, Qazaxıstan və Fransa başda olmaqla bir çox ölkələrdən xəstələr müraciət edir.
Reportajda mərkəzdə kişi, qadın və uşaqlar üçün ayrı-ayrı müalicə sahələrinin olduğu vurğulanır. Eyni zamanda mərkəzin faydasını görənlər yaxınlarını da bura gətirmək istədikləri qeyd olunur.
Həmçinin Qarabağlar türbə kompleksi və Möminə xatun türbəsi ilə bağlı hazırlanan reportajda vurğulanır ki, adı çəkilən abidələr Naxçıvana gələn turistlərin diqqət mərkəzindədir. Şərqlə qərb, şimalla cənub arasında körpü rolunu oynayan Naxçıvanda XII əsrə aid əsrə aid memarlıq xüsusiyyətləri ilə seçilən, şəhər mərkəzinin şimal-qərbində yerləşən Qarabağlar Türbə Kompleksi şərq memarlığının “incilərindən” sayılır.
Reportajda, eyni zamanda Möminə xatun türbəsi ilə bağlı da geniş məlumat yer alıb.
Qeyd edək ki, həmin reportajlar Türkiyənin dünyaca məşhur trthaber, trtavaz, ntv.az, diyanethaber və digər saytlarda yayımlanıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app