
Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.
Feso.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, Naim Cahidzadə, həmçinin Sədərək Rayon İcra Hakimiyyəti başçısının vəzifələrini icra edəcək.
Qeyd edək ki, Naim Cahidzadə bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app