“PASHA Bank Georgia”nın sədri istefa verib

“PAŞA Bank”ın Gürcüstan törəməsi “PASHA Bank Georgia”nın İdarə Heyətinin sədri Nikoloz Şurqaya sentyabr ayının 20-də istefa verib.

Feso.az xəbər verir ki, bu barədə Banka istinadən xəbər verir.

“PAŞA Bank Georgia adi rejimdə fəaliyyətini davam etdirir və yeni sədr Gürcüstan Milli Bankı tərəfindən təsdiqlənən kimi onun barəsində bəyanat verəcək” – deyə Bankdan əlavə edilib.

Qeyd edək ki, 2013-cü ildə Gürcüstan Mərkəzi Bankı “PASHA Bank Georgia”ya fəaliyyət lisenziyası verib. Bankın səhmlərinin 90,2%-i “PAŞA Bank”a, 9,8%-i isə “PAŞA Holdinq”ə məxsusdur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir