“Nisə Qasımovaya haqqımı halal etmirəm” – Ceyran Haşımova

“Nisə Qasımovanı Zeynəb Xanlarovanın yanına mən aparmışam. Özü də Ələkbər Tağıyevin evində görüşmüşdülər. “İstəyirəm görəm səni” oxudu və xoşlarına gəldi. Zeynəb xanım isə bizə qulaq asdı. Haqqı deyirəm, Nisənin ifası Zeynəb xanımın xoşuna gəldi. Zeynəb Ələkbər Tağıyevə dedi ki, mənim üçün nə mahnı yazacaqsansa, oxuyub bitirəndən sonra verərsən Nisəyə”.

Feso.az xəbər verir ki, bu sözləri Xalq artisti Ceyran Haşımova “Xoş gəldim” verilişində deyib. O, Xalq artisti Nisə Qasımovadan incidiyini etiraf edib:

“Nisə Qasımova nankor insandır. Ona yalvarmayacağam ki, gəlsin, məni axtarsın. Nisəyə haqqımı halal etmirəm. Heç zaman da ona haqqımı halal etməyəcəyəm, çünki onun üzərində dünyanın zəhmətini çəkmişəm. Nisə vəfasız olsa da “Xalq aristi” fəxri adını daşıyır”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir