
Nikahdan əvvəl ixtioz və bullyoz epidermoliz xəstəliyinin də tibbi müayinəsi aparılacaq.
Feso.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı ““2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamda öz əksini tapıb.
Bildirilib ki, ixtioz və bullyoz epidermoliz xəstəliyinin irsi olaraq keçdiyi nəzərə alınmaqla, risk qrupuna daxil olan şəxslərin nikahdan əvvəl tibbi müayinələri aparılmalıdır.
Bu məqsədlə qanunvericilikdə dəyişiklik edilməsinə dair təkliflər hazırlanacaq. Tibbi müayinələri həyata keçirən tibb müəssisələri müəyyən ediləcək və digər müayinələrlə yanaşı qeyd edilən xəstəliyin müayinəsinin aparılmasına ciddi nəzarət olunacaq.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app