“Molla Nəsrəddini tapın” tamaşası nümayiş olunacaq

Şuşa Dövlət Musiqili Dram Teatrı 150–ci teatr mövsümünü sentyabrın 16–da gənc yazar Jalə Novruzun “Molla Nəsrəddini tapın” tamaşasının premyerası ilə açacaq.

Feso.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Tamaşada Molla Nəsrəddin rolunu Əməkdar artist Teymur Məmmədov, Mollanın arvadı rolunu isə Xalq artisti Şükufə Musayeva ifa edəcəklər.

Digər rolları isə teatrın aktyorları Rasəf Mehdiyev, Hamlet Qənbərov, Dürdanə Dünyamalıyeva, Təranə Əliyeva, Nihad Heybətov, Mobil Qurbanov, Vüsal Məmmədov, Sevinc Ağayeva, Bahar Həmzəyeva, Gündüz Qasımov və Orxan Abışov canlandıracaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir