“Kontakt” ucqar dağ kəndlərində yaşayan məktəbliləri notbuklar ilə sevindirəcək

“Kontakt” mağazalar şəbəkəsi ənənəsinə sadiq qalaraq bu il də yeni tədris ili ərəfəsində ucqar dağ kəndlərində yaşayan məktəbliləri sevindirəcək.

Feso.az xəbər verir ki, yaşayış yerindən, imkanlarından asılı olmayaraq hər kəsə bərabər təhsil imkanları arzulayan şəbəkə sentyabrın 10-dan oktyabrın 10-dək mağazalarında satılan bütün notbukların satışlarından əldə olunan gəlirlərin bir hissəsini ucqar dağ kəndlərində yaşayan məktəblilərin notbuklarla təmin olunmasına sərf edəcək.

Aztəminatlı ailələrə sevinc daşıyacaq bu xeyriyyə aksiyasına qoşulmaq üçün siz də oktyabrın 10-dək arzuladığınız notbuku məhz “Kontakt” mağazalarından ala, məktəblilərin təhsil imkanlarının yaxşılaşdırılmasına qatqı edə bilərsiniz. Layihənin tərəfdaşı Azərbaycan Qızıl Aypara Cəmiyyətidir.
Qeyd edək ki, “Kontakt” mütəmadi olaraq öz sosial məsuliyyət layihələri ilə Azərbaycanın müxtəlif bölgələrində pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirir.

Şəbəkə layihəyə göstərdiyi dəstəyə görə: “Apple”, “Acer”, HP , “Huaweı”, “Asus” və “Lenovo” brendlərinə təşəkkürünü bildirir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir