İrəvanda polis rəisi, müavini və gömrük məmuru həbs edildi

Ermənistanda yüksək rütbəli polis məmuru həbs edilib. xəbər verir ki, bu barədə “Armlur” məlumat yayıb.

Feso.az xəbər verir ki, Milli Təhlükəsizlik Xidməti (MTX) İrəvanın Zvartnots hava limanında polis şöbəsinin rəisi işləyən Sergey Manukyanı saxlayıb.

MTX-nin maskalı əməkdaşları onunla birlikdə əməliyyat xəttində rəis müavini işləyən şəxsi, eləcə də gömrük əməkdaşını saxlayıblar. Məlumata görə yüksək rütbəli məmurları hava limanının binasından əli qandallı çıxarıblar.

Ermənistan Milli Təhlükəsizlik Xidməti “Sputnik Ermənistan”ın məlum əməliyyatla bağlı sorğusunu şərh etməyib. Dövlət qurumu jurnalistə “rəsmi məlumatları izləməyi” məsləhət görüb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir