
Hacıqabulun Nəvahı kəndində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Feso.az-ın məlumatına görə, “VAZ-21011” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə nəticəsində Ucar rayonunun Qazıqumlaq kənd sakinləri, 1972-ci il təvəllüdlü Məmmədova Kəmalə Kamal qızı, 1993-cü il təvəllüdlü Məmmədov Sakit Qorxmaz oğlu, 2000-ci il təvəllüdlü Əliyev Rahib Rafiq oğlu, 2020-ci il təvəllüdlü Əliyev Qorxmaz Sakit oğlu və 2002-ci il təvəllüdlü Əliyeva İlahə Rafiq qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app